Təhlükəli hərəktlər edərək həm özlərini, həm də digər sürücüləri çətin vəziyyətdə qoyurlar. Söhbət yol hərəkəti qaydasını pozaraq yol polisindən qaçan avtoxuliqanlardan gedir.
Teleqraf.com xəbər verir ki, son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları belə sürücülərə qarşı nəzarəti gücləndirib.
Elə bunun nəticəsidir ki, ilin əvvəlindən bu günə kimi avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, həmin sürücülər inzibati həbs edilməklə yanaşı həm də bir illik sürücülük hüququndan da məhrum olublar. (xezerxeber.az)