5 Fevral 2018 11:54
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən etibarən Təhsil Nazirliyi orta məktəb şagirdləri arasında fənn olimpiadasının rayon turunu keçirir. Tarix fənni üzrə olimpiada sualları mənə çatdı. Başa düşdüm ki, ya bu sualları əmək müəllimi yazıb, ya da tarix elminin, şagirdlərin düşməni.

Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 10 ildir kurikulum standartları ilə dərs keçirilir, amma 1 sualda belə kurikulum reallaşdırılmayıb: “Ay bu sualı seçən, ay bu olimpiadaya rəhbərlik edən, burda bir sualda yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi göstərin...

Bütün suallar əzbərçi, hafizə yönümlüdür. Gəlsin o sualı seçən, ona 25 sual yazım verim, yarısını yaza bilsə, pul mükafatı verəcəm. Bu nə sualdır? Şagirdin nəyinə lazımdır o qədər özbək, uyğur şairinin adını yadında saxlasın və ya nə qədər pambıq, badımcan yığılıb? Sən özün onları bilirsən? Kitabı qabağına qoymaqla sual yazmaq olar, amma unutma ki, şagird o suala cavab yazanda qabağında kitab olmur. Biri var çətin sual, biri də var, “kopayoğlu” sual. O suallara, sualı yazanlara, seçənlərə Neftçalanın dağ kəndində müəllimin dediyi kimi, yağlı bir “İki” düşür”.

Sualların fotolarını təqdim edirik.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər