7 Fevral 2018 13:15
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər saytlarının Azərbaycan ədəbi dil normalarına necə əməl etməsini öyrənmək məqsədi ilə aparılmış növbəti monitorinqin nəticələri mart ayında ictimaiyyətə açıqlanacaq.

Bunu Teleqraf.com-a AMEA Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, monitorinqlər daha çox vətəndaşların informasiya aldığı xəbər saytlarında aparılır: “Eyni zamanda, manşetlərdə xüsusi bağlıqla verilən xəbərləri dəqiqləşdirmək üçün digər saytlarda monitorinq aparırıq. Məqsədimiz vətəndaşların informasiya aldığı saytları monitorinqə cəlb etməkdir”.

Sevinc Əliyeva bildirib ki, institut hər il 20-25 xəbər saytında monitorinq aparır: “Saytlarda heç bir yenilik, irəlləyiş yoxdur desək, bu, tamamilə ədalətsizlik olar. Həm kütləvi informasiya vasitələrində, həm televiziya aparıcılarının nitqində, həm də saytlarda kifayət qədər ciddi yanaşma, məsuliyyət hiss edirik.

Mütəxəssis olaraq apardığımız monitorinqlərin nəticəsinə uyğun deyə bilərik ki, 4-5 il bundan qabaq KİV-də müşahidə olunan qüsurlarda azalma var”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər