"Bu gün 20 Yanvar şəhidi İlham Allahverdiyevin anası Ofeliya Allahverdiyevanın dəfnində iştirak etdim. Birinci dəfə idi ki, dəfndə mollanın ağladığını görürdüm".
Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, mərhum Ofeliya Allahverdiyevanın ailəsindən iki şəhid çıxıb və o, həyatının sonuna qədər bu itkilərlə barışa bilmirdi.