09:59
Qax rayonunda zəlzələ olub.
Səhər saatlarında rayon ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss edilib və yerli sakinlər arasında həyacan yaşanıb./Report/
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi hələlik zəlzələ ilə bağlı rəsmi məlumat yaymayıb.
***
10:11
Zəlzələnin maqnitudası çox zəif olub.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova Qax rayonunda baş vermiş zəlzələ ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Qaxdan da zəng vurub məlumat verilib: “Maqnituda 3 baldan da aşağı olub. Hiss edilməyib”.
***
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:51-də Zaqataladan 27 km cənub-şərqdə Qax rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin gücü Rixter şkalası üzrə 2,9 bal olub.