12 Fevral 2018 11:02
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyinə əlavə məsələ daxil edilib.

İclasın gündəliyinə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə salınıb.

Layihəyə əsasən medal ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif olunacaq.

Bununla da, iclasın gündəliyindəki məsələlərin sayı 19-a çatıb./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər