12 Fevral 2018 14:00
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda bəzi yollarda piyada keçidi nişanı qoyulsa da, zolaq çəkilməyib.

Teleqraf.com xəbər verir ki, bu səbəbdən sürücülər əksər hallarda piyadalara yol vermir.

Şəhərin Heydər Əliyev prospektindəki “Növbətçi” mağaza deyilən hissəsində yol yeni asfaltlansa da, nişanlar çəkilməyib. Yaxınlıqda məktəbin olması isə təhlükənin miqyasını daha da artırır.

Sürücülər piyada ölümü ilə nəticələnəcək qəzanın baş verəcəyindən ehtiyatlanırlar.

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt İcra Sahəsindən ARB-yə bildiriblər ki, məsələ şəhər icra hakimiyyətinin səlahiyyətindədir. Bu qurumdan isə deyiblər ki, yolun qalan hissələrində də yaxın vaxtlarda zolaq və nişanlar çəkiləcək.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna görə, piyada keçidi nəzərdə tutulan yerlərdə həm nişan olmalı, həm də zolaq çəkilməlidir.


Müəllif: Günay Əli

Oxşar xəbərlər