23 Fevral 2018 16:50
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:33

Bakıya axın şagirdlərin orta məktəblərə yerləşdirilməsində problem yaradır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən 317 orta məktəbdən yalnız 31-də ərazi prinsipi qoyulub: "Valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərdə məktəblərə yerləşdirsinlər. Boş yer qalsa, digər ərazilərdə olan şagirdlər yerləşdirilir".

Məhəbbət Vəliyeva qeyd edib ki, paytaxta əhali axını yerləşdirmədə çətinliklər yaradır: "Bəzən bir sinfə 40 şagird yerləşdirilməli oluruq. Soruşurlar ki, bir sinifdə bu qədər şagird olarmı? Axı, kimisə məktəbə qəbil etməmək ixtiyarımız yoxdur".

"31 məktəbdə yer sayı ərazi sayından azdır. Bu səbəbdən ərazi prinsipi tətbiq olunub. Digər səbəb texniki problemlə bağlı ola bilir. O zaman valideynlər ilk alternativ komissiyaya müraciət etsinlər. Onların müraciətlərinə çevik şəkildə cavab veriləcək," - M. Vəliyeva deyib.

***

2018/2019-cu tədris ilində Bakıda 46 min şagirdin birinci sinifə qəbulu planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu tədris ilində 24 min uşaq məktəbəqədər hazırlıq kursuna cəlb olunub:

"Birinci sinfə elektron ərizə qəbulu prosesində ən çox müşahidə etdiyimiz problem odur ki, valideynlər uşaqlarını arzuladığı müəllimin sinfinə yerləşdirmək istəyirlər. Hazırda idarəyə müraciətlər daxil olur. Biz problemlərin opreativ həllinə çalışırıq. Bəzən bizdən narazı qalan valideynlər də olur. Sıxlıq olan yerdə ərazi prinsipi tətbiq edilən məktəblərə valideynlər öz uşaqlarını qəbul etdirə bilmirlər".

Məhəbbət Vəliyeva qeyd edib ki, 31 məktəbdə yer sayı ərazi sayından azdır:

"Buna ərazi prinsipinin tətbiqi səbəb ola bilər. Digər səbəb texniki problemi göstərmək olar. O zaman valideynlər alternativ komissiyaya müraciət etsinlər. Onların müraciətlərinə dərhal cavab veriləcək".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər