24 Fevral 2018 18:28
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Bunu Teleqraf.com-a Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi Xocalı soyqrımına həsr olunan yürüşə şərait yaratmaq məqsədilə bağlanacaq küçələrin adlarını açıqlayıb: “Xətai rayonunda Nəcəfqulu Nəbiyev, Afiyəddin Cəlilov, Yusif Səfərov, Fəzail Bayramov küçələri istiqamətində yollarda avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən bunu nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edirik”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Ana harayı” abidəsinin yerləşdiyi və uzunluğu 1050 metr olan parkda hazırlıqlar yekunlaşıb: “Abidə istiqamətinə yürüş 26-si günü səhər saat 10-da "AMAY" Ticarət Mərkəzi istiqamətindən başlayacaq Yusif Səfərov küçəsi istiqamətində davam etdiriləcək".

Qeyd edək ki, Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər