Tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinə müdir təyin edilib.
Zaur Həsənovdan əvvəl bu şöbənin müdiri AMEA-nın müxbir üzvü İlyas Babayev (1935-2017) olub.
Qeyd edək ki, Z.Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Xatırladaq ki, Z.Həsənov Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun oğludur./Kult.az/