Yeni Narkoloji Mərkəzin yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, binanın tikinti işləri artıq sonlanıb və faktiki olaraq hazırdır:
“Mərkəz Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşir. Bina 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq. Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini yüksək səviyyədə və ən yeni müasir avadanlıqlarla təchiz edilib”.
Qeyd edək ki, mart ayının 2-si səhər saatlarında Bakı şəhəri Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzinin binasında güclü yanğın baş verib. Yanğında 25 nəfər ölüb, 4 nəfər yanıq xəsarəti alıb.