Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı. Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.