Azərenerji ASC “Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığın dayandırılmasına münasibət bildirib.
ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, qurum buna ehtiyac görülmədiyi üçün belə bir qərar qəbul edib:
“Bu qənaətdə neqativ heç nə yoxdur və onu axtarmaq da lüzumsuzdur. Tərəflər qarşılıqlı şəkildə hörmətlə razılığa gəliblər. Son illər Azərenerji ASC-nin gördüyü genişmiqyaslı işlər göz önündədir”.
Yəhya Babanlı bildirib ki, görülən irimiqyaslı tədbirləri hər hansısa bir reytinqlə qiymətləndirmək və müəyyən çərçivəyə sığışdırmaq düzgün olmaz:
“Bu günə kimi bizimlə işləmiş hər bir partnyorumuza təşəkkür edirik”.
Qurum rəsmisi qeyd edib ki, ASC hələlik heç bir reytinq agentliyi ilə əməkdaşlığı nəzərdə tutmur.