16 Mart 2018 13:49
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərenerji Açıq Səhimdar Cəmiyyətində Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülüb və müvafiq qrafik rejimi tətbiq olunub.

Bunu Teleqraf.com-a açıqlamasında Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, ASC-nin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək: “Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir.

Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidənqurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sistemin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur”.

Yəhya Babanlı qeyd edib ki, Azərenerji ASC respublikamızın enerji təhlükəsizliyi, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sahəsində öz funksiyalarını inamla icra edir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər