Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi Novruz Bayramı günlərində gucləndirilmiş iş rejimində çalışıb.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, bayram günlərində sərnişin qataralarında sıxlıq müşahidə olunub: “Əgər adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib”.
Sevinc Qədirova qeyd edib ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.