Daxili İşlər naziri Ramil Usubov Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi, Administrasiyanın xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir müddət bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl də DİN-də çalışıb./Bizim Yol/