10 Aprel 2018 14:36
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasının qarşısı alınıb.

DGK-dan Teleqraf.com-a verilən məlum ata görə, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.

Daha bir təhlilin nəticəsi olaraq Repro-Servis MMC-nin elektron bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılması nəzərdə tutulan malların invoys və digər müşayiətedici sənədlərindəki məlumatlarda yüksək riskli göstəricilər müəyyən edilib və mallara fiziki baxışın keçirilməsi qərara alınıb.

Beləliklə, adı çəkilən hüquqi şəxs tərəfindən külli miqdarda bəyan olunmamış mallar - 221 dəst uşaq paltarı, 420 ədəd dəri kəmərlər, 238 ədəd qadın çantası, nəqliyyat vasitələri üçün ümumi çəkisi 429 kq olan ehtiyat hissələr, istilik sistemləri üçün 952 kq fitinq və 2160 kq ventillər, 204 ədəd su kranı aşkarlanıb.

Bundan başqa, bəyan olunan mallar sırasında süni dəri nümunəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində tədqiqi nəticəsində həmin malın 4041 kq rənglənmiş təbii dəri olduğu müəyyən edilib. Bununla da aşkarlanan malların statistik dəyəri xeyli miqdarda azaldılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər