Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səlahiyyətlərini kimin icra etdiyi bilinmir.
Bu barədə Teleqraf.com-a açıqlamasında BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyib.
O qeyd edib ki, Hacıbala Abutalıbovun səlahiyyətlərinin kimə tapşırılması ilə bağlı onlara heç bir məlumat verilməyib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Hacıbala İbrahim oğlu Abutalıbov baş nazirinin müavini təyin edilib.