Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblilər üçün "Xəyalımdakı ictimai nəqliyyat" adlı rəsm müsabiqəsi elan edib.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə IV-IX sinif şagirdləri iştirak edə bilər.
Onlar xəyal gücündən istifadə edərək çəkdikləri avtobus, taksi və sair rəsmin fotosunu Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Qalib məktəbliyə Agentlik tərəfindən tablet hədiyyə ediləcək. Məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, həmçinin, paytaxtın marşrut şəbəkəsi ilə bağlı yeniliklərdə məktəblilərin də ideya və təkliflərini öyrənməkdir.