Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə aprel 26-da Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın cəsədi (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.