26 Aprel 2018 14:52
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uluslararası İşbirliyi Platformasının təşkilatçılığı ilə aprelin 26-da Antalyada “Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” Konfransı işə başlayıb. Konfransa Azərbaycandan media kapitanları da dəvət alıblar.

Konfransda APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Xəzər" televiziyasının xəbər müdürü İnqilab Məmmədov, "Trend" informasiya agentliyinin müdür müavini Arzu Nağıyev, "Yeni Müsavat" Media Qrupundan Rauf Arifoğlu və Azər Ayxan, tanınmış qəzetçi-yazar Aygün Muradxanlı və APA TV-nin əməkdaşı Azər Nagıyev iştirak edirlər.

Jurnalistlərimizn Rusiya və Türkiyənin iş və siyasət sektorundan maraqlı adamlarla təmas qurmaq, müsahibə almaq, müzakirə aparmaq imkanları olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər