Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev avqustun 20-də saat 11:00-da Fondun Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların avqustun 20-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağsu rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.
Naibə