Mövsümdən asılı olmayaraq qrip isti və soyuq havalarda özünü büruzə verir. Xəstəlik zamanı bir çox gigiyenik qaydalara əməl etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, Türkiyə həkimi İlkər Arslan qripə yoluxan insanların ağız və diş əti qulluğu zamanı diqqətli olmalarını vacib hesab edir: “Qrip xəstələri diş fırçalarının təmizliyində diqqətli olmalıdırlar. Yay aylarında qrip xəstəliyinin yox olduğu düşünülsə də kondisionerdən istifadə zökəmlə nəticələnir. Bu xəstəlik hərarətin qalxması, halsızlıq, beldə ağrı əlamətləri ilə başlayır”.
İlkər Arslan deyib ki, xəstə dərman qəbul edərkən tez-tez sabunla əllərini yumalıdır: “Qrip ağızdan yoluxan xəstəlikdir. Bu müddət ərzində qəbul etdiyiniz hər şey virus daşıyır. Xəstəlik dövründə istifadə olunan diş fırçası üzərində belə, qrip virusları olur. Buna görə də qripə yoluxanlar sağaldıqdan sonra diş fırçalarını dəyişməlidirlər”.
Həkim qeyd edib ki, qrip xəstələri portağal suyu və ballı bitki çayı içdikdən sonra dişlərini fırçalamasalar, dişəti xəstəlikləri ilə üzləşməli olacaqlar.