28 İyun 2018 15:30
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işlənmiş ət məhsullarının siqaretlə eyni formada xərçəng təhlükəsi yaratdığını elan edib. Belə işlənmiş ət məhsulları arasında sosiska, kolbasa və vetçina, hisə verilmiş quş və balıq əti kimi məhsullar yer alır.

Teleqraf.com xəbər verir ki, ÜST-ün açıqlamasına görə, alimlər xərçəngin inkişafının qarşısını almaq və xəstəliyi müalicə etmək üçün bəhməz, əncir, xurma, fruktoza tərkibli məhsullar və palma yağı, xüsusilə kolbasa və sosiska kimi qidalardan tez-tez istifadə etməməyi məsləhət görürlər.

Bu qidalar xərçəng riskini 20 faiz artırır. Kolbasa və sosiska xərçəng riski yaradan 4 qida növü arasında ən təhlükəlisidir. Təşkilatın açıqlamasına görə, bu qidalar hər gün istifadə edildikdə xərçəng riskini 17 faiz artırır.

Fruktoz tərkibli qidalar xərçəng xəstəliyinin daha çox yayılmasına səbəb olur. Bu məhsullardan imtina etməklə sağlam orqanizmə sahib olmaq mümkündür


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər