9 İyul 2018 13:48
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gözəl hadisələr də olur. Bu qarışıqlıqda onları nəzərdən qaçırmayaq. Məsələn, FETO-nün Azərbaycandakı ocaqlarından biri olan “İstək” liseyləri bağlandı.

Teleqraf.com xəbər verir ki, bunu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bildirib.

Onun sözlərinə görə, FETO-çular elə bilirdilər ki, “Çağ Öyrətim” İşlətmələri Şirkətinin adını dəyişməklə maskalana biləcəklər:

“Ancaq dövlətimiz onların bu saxtakarlığını da ifşa etdi və ümidlərini puça çıxardı. İndi FETO-çular, məsələnin kökündən xəbərsiz olan bəzi sadəlövh insanları da yanlarına salaraq hay-küy qaldırıblar ki, ay bu lisey niyə bağlanır. Guya bu liseyin şagirdləri Azərbaycanın ən istedadlı uşaqları idi, filan-fəsman. Kimi aldadırsınız? FETO-çuların özlərinin təşkil etdikləri olimpiadalarda aldıqları yalan mükafatlarlamı ölçülür uşaqların istedadı? Maskalı quldurların fəaliyyətinə göz yummayan dövlətimiz var olsun”.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” liseyi fəaliyyət göstəririb. Liseyin fəalyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin işçi qrupa daxil edilib. Ancaq liseyin fəaliyyətinin dayandırılması ilə bağlı bir qrup valideyn narazılıq ifadə edir, bəzi müxalifyönlü saytlar, facebook səhifələri isə bunu məqsədəuyğun şəkildə yozmağa çalışırlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər