16 Avqust 2014 10:15
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ikimərtəbəli yaşayış evi yanıb.


Xaçmaz rayonunun Hacılar kənd sakini Əliyeva Məzahir Məmmədşah oğluna məxsus, ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və əşyaları 232 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

/APA/


Müəllif: