Gün ərzində dənizdə batan 13 nəfər xilas olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Novxanı, Mərdəkan, Zağulba-3, Niyazabad, Türkan, Nardaran-2, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 13 nəfər xilas olunub.