14 Avqust 2018 21:48
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətaidə mənzildə 47 yaşlı kişi meyiti tapılıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Raci Pablik Viladiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatəb.​


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər