Türkiyədə yaşayan, TRT Azərbaycanın əməkdaşı Könül Şamilqızı Ankarada müalicə olunan əsgərlərimizdən birinin diqqətdən kənarda qaldığını bildirib.
Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist özünün facebook hesabında yazıb. O bildirib ki, Atatürk Xəstəxanasında olan əsgərlərimizin yanına siyasi çevrələrdən də olmaqla çoxlu sayda ziyarətçilər gəlib-getsələr, Ankara xəstəxanasında müalicə alan Ədalət Məmmədov bu diqqətdən kənar qalıb.
Jurnalist qeyd edir ki, bir gözünü itirən əsgərin gözünə infeksiya yoluxub. Tempraturu düşdükdən sonra əməliyyat olunacaq, əsgərimiz üçün xəstəxanada xüsusi xidmət göstərilir:
“Ama iki körpə uşağı var, onlar üçün darıxır. Və bütün bu yaşadıqları əsəblərinə təsir eləyib. Yanında yalnız bir bacısı var, anası xəstə olduğu üçün ona deməyiblər. Atasıyla qardaşı 5 il əvvəl Naxçıvandan Türkiyəyə işləməyə gəlib, cəzalarını ödəmədikləri üçün Türkiyəyə giriş yasaqları var
Məncə bacısıyla əlaqə saxlayıb, ehtiyaclarını öyrənib bir şeylər etmək olar. Və ya həkimiylə danışıb sıx ziyarətin uyğun olub-olmadığını öyrənərək baş çəkmək olar”.