Milli Məclisin deputatı Aydın Mirzəzadə qızı Nərgizlə birgə Bakı Dövlət Universitetinin informatika müəllimliyi ixtisasına qəbul olunan Ağcabədi rayon Sarıcalı kəndinin sakini Kərəm Süleymanovla görüşüb.
Teleqraf.com xəbər verir ki, deputat bu barədə sosial şəbəkədəki hesabında bildirib:
“Bu gün qızı ilə birgə BDU-ya qəbul olunmuş Ağcabədi rayonundan olan Kərəm Süleymanovla Bakıda görüşdük. Çay içdik, xeyli söhbət etdik, təhsil məsələlərini müzakirə etdik”.
Qeyd edək ki, A.Mirzəzadə bir neçə gün öncə K.Süleymanovun mobil telefon nömrəsini taparaq ona zəng vurmuş, özünü və qızını uğurları münasibətilə təbrik etmişdi. Deputat əlavə etmişdi ki, telefon danışığı zamanı K.Süleymanov və qızı ilə Qurban bayramından sonra görüşmək qərarına gəliblər.
Onu da bildək ki, K.Süleymanov və N.Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar.