19 Avqust 2014 19:24
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşından ayrılma səbəblərini açıqlayıb.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, “5/5” verilişinin qonağı olan aktrisa aparıcının “Sənin kimi çox danışanın yanında kişi qalmazdı” sözlərinə belə cavab verib:


“Yoldaşım mənim üçün rəhmətə gedib. Mən deyingən olmuşam, bunu danmıram. Hətta hirsimdən şüşə stolu da vurub sındırmışam. Nə edim, başqa cür sözümü yeridə bilmirdim. Mehriban yazıq neynəsin? Gedib, cəhənnəmə getsin. Bişirdiklərim, əlimlə yedirtdiklərim o yoldaşın gözündən gəlsin. Xəyanətə görə həmin kişinin gözünü də çıxardaram”. Kişi-qadın münasibətlərindən bəhs edən M.Xanlarova daha sonra bunları əlavə edib: “Yeri gələndə həmişə öz ailəmdən sitat gətirmişəm. Qardaşım evlənəndə dedim ki, içəndir, işləmir, əsgər getməyib. Qız bəh-bəhlə gəldi, toy etdilər. Sonra boşandı. İndi kişilər var ki, qadın işləyir, qazanıb gətirir, o da evdə oturur. Hələ üstəlik yazıq arvadı deyinib bezdirir”.


Müəllif:

Oxşar xəbərlər