10 Sentyabr 2018 19:36
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-dan Özbəkistanda səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə deputat burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək.

Tədbirdə Azay Quliyev ATƏT PA-nın Mərkəzi Asiya və Əfqanıstanla bağlı siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, region ölkələri arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi işində parlament diplomatiyasının rolu və perspektivi haqqında məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün parlamentin rəhbərliyi ilə görüş də nəzərdə tutulmuşdur.

Səfər sentyabrın 13-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər