Qədim Qəbələ ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri zamanı antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.
Bu barədə Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.
Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar zamanı Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkarlanıb. Qəbiristanlıqda olan məzarların ən az 1800-1900 yaşı olduğu güman edilir. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir tapılıb.
Ərazidə aşkar edilən tapıntılar Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdiriləcək.
/moder.az/