14 Sentyabr 2018 17:00
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Tel Əviv şəhərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2012-ci ildən etibarən Assosiasiyanın İdarə Heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib.

Təşkilatın prezidenti, prof. Tomas Noquçi həmyerlimizi, həmçinin, Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin edib. Həmin komitə Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail və Rusiyadan olan alimlərin iştirakı ilə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə aid layihələr həyata keçirir. 2019-cu ildən prof. V.Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplayıb.

Xatırladaq ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb.

23-cü Dünya Tibbi Hüquq Konqresi ötən il Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə Bakıda keçirilib. Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” mükafatı ilə təltif olunub, konqresin açılış mərasimində DTHA-nın Fəxri Diplomu təqdim edilib. YUNESKO və İSESKOnun səfiri xanım Mehriban Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

25-сi Dünya Tibbi Hüquq Konqresi gələn il avqustun 6-8 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər