19 Sentyabr 2018 18:45
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ölkədə Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciət yayıb.

Teleqraf.com-un məlumatına görə, müraciətdə qeyd edilir ki, sentyabrın 20-də baş tutacaq Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlərin bəzi qaydalara əməl etmələri tövsiyə olunur:

“İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır.

Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar.

Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı".

BDYPİ ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir.


Müəllif: Teleqraf.com