2 Oktyabr 2018 19:28
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, “Avroatlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq: sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər, bir yol” layihəsi ətrafında diskussiyalar keçirilib.

Makedoniya Prezidenti Georgi İvanov, Malta Baş naziri Cozef Muskat, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Əmir Musa və digər nüfuzlu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikrilərini bildiriblər.

Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Onlar müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər.

Toplantı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, mərkəzin idarə heyətinin üzvü Marianna Vardonyanisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə M.Vardonyanis, Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məslələri ilə bağlı fikirlərini çatdırıblar.
Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardonyanis Mükafatı təqdim olunub.

Qeyd edək ki, toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər