6 Oktyabr 2018 07:02
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun mühəndisi Erik Lekoline robotlaşdırılmış "MobiLimb" barmağının bütün tətbiqi üsullarını nümayiş etdirən videoçarx dərc edib.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, xüsusi hərəkətlər vasitəsilə robot smartfona daxil olan bildirişlər və ya digər informasiya barədə xəbər verir. Qurğu ekranda baş verənləri təkrarlayaraq 4D kino effekti yaradır, smartfonun iş rejimini dəyişir, kağız üzərində şəkil çəkir, fənər funksiyasını yerinə yetirir və hətta istifadəçinin əlini sığallayır. Bundan başqa, barmaq smartfonu düz səth üzərində hərəkətə gətirir və rahat baxma üçün onu əyir.

Məlumata görə, "MobiLimb" 5 idarəetmə mühərrikindən istifadə edərək barmağın geniş hərəkət diapazonunu təmin edir. Qurğunu standart qara plastikdən hazırlamaq və ya onu süni dəri ilə örtərək insan barmağına oxşar etmək mümkündür.

Layihənin təqdimatı "UIST 2018" konfransında planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər