12 Oktyabr 2018 17:06
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyə məhkəməsinin rahib Endryu Bransonla bağlı verəcəyi qərarı gözləyir. Rahib bu gün dördüncü dəfə məhkəmə qarşısına çıxarılıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Bransonun Ədliyyə Məhkəməsində cavab verdiyini deyən politoloqun sözlərinə görə, prosesdə yeni şahidlər dinləniləcək:

“Lakin Bransonun sərbəst buraxılmasından sonra Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşacağı sual altında olsa da, bu ABŞ üçün önəmli məsələlərdən biridir. Əlbəttə, Bransanon sərbəst buraxılması münasibətləri qaydada sala bilər. Bunun da iqtisadi böhran içində olan Türkiyənin lehinə olacağı dəqiqdir. Məlumdur ki, ABŞ-ın sanksiyalarına görə, Türkiyə iqtisadiyyatı böhranla üzləşib. Dolların lirə qarşısında bahalaşması, ölkənin iqtisadiyyatında problemlər yaradıb.

ABŞ dəfələrlə bu sanksiyaları Branson işinə görə tətbiq etdiyini Türkiyənin diqqətinə çatdırıb. Artıq bu gün məhkəmənin verəcəyi qərar, aradakı “buzları” əridə bilər. Bura qədər də Türkiyə hökumətinin Bransonu ev dustaqlığına buraxması münasibətlərin yumşalacağına işarə idi”.

Ramiyə Məmmədova bildirib ki, Türkiyənin bu məsələnin həll olunması üçün ABŞ-dan gözləntiləri var:

“Belə ki, Türkiyə ABŞ-dan Suriyadakı kürd silahlı qruplaşmalarına verdiyi dəstəyi dayandırmasını istəyir. Lakin ABŞ açıq formada bu dəstəyi davam etdirir. Digər yandan, FETÖ rəhbərinin Türkiyəyə ekstradisiya edilməsi də ABŞ-dan olan başqa bir gözləntidir. ABŞ isə sanki bu istiqamətdə addım atmaq niyyətində deyil. Hesab edirəm ki, Bransonun sərbəst buraxılmasından sonra ABŞ da buna görə Türkiyəyə jest etməlidir. Yəni, proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi daha çox ABŞ-dan asılıdır”.

Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etməkdə ittiham olunaraq, Türkiyədə həbs edilmiş amerikalı rahib Endryu Branson bu gün məhkəmə qarşısına çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər