Sosial şəbəkədə şəhid Mübariz İbrahimovun anası Şamama xanımın dünyasını dəyişdiyi xəbəri yayılıb.
Teleqraf.com-un məlumatına görə, Biləsuvar rayonunun Əliabad qəsəbəsinin bələdiyyə sədri Mirabbas İbrahimov xəbəri təkzib edib
Bələdiyyə sədri Publika.az-a bildirib ki, bu, yalan məlumatdır: “Şükürlər olsun ki, Şamama xanıma heç nə olmayıb, səhhəti normaldır”.