12 Noyabr 2018 17:00
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış hərbi jurnalist, fotoqraf və video-operator, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının video və foto arxivinin əsas yaradıcısı hesab olunan Famil Nəsibov sosial şəbəkədəki hesabında ötən həftə dünyasını dəyişmiş xalq artisti Amaliya Pənahova ilə bağlı maraqlı foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, F.Nəsibonun paylaşımını bu sözlər müşayiət edib:

“Amalya Pənahova. 1993-cü ilin dekabrı. Füzuli rayonunun Bala Bəhməli kəndi. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mövqelərində. Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, fotoda “qara polkovnik” ləqəbi ilə tanınan Fətulla Hüseynov da əks olunub. F.Hüseynov həmin vaxt Daxili İşlər Nazirliyinin polis polkunun komandiri idi. Mərhum polkovnik Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin yanvarında keçirdiyi uğurlu Horadiz əməliyyatına rəhbərlik edib.

Onu da bildirək ki, müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Pənahova noyabrın 8-də ömrünün 74-cü ilində dünyasını dəyişib.


Müəllif: Səxavət