12 Noyabr 2018 20:25
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev noyabrın 12-də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.


Müəllif: Teleqraf.com