15 Noyabr 2018 08:30
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 9-da Fransanın Lyon 2 Universitetində həmyerlimiz Nuridə Atəşi Qədirova arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, Avropada arxeologiya ixtisası üzrə ilk azərbaycanlı elmlər doktoru adını qazanıb.

Teleqraf.com xəbər verir ki, “Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü
Azərbaycanın Xocalı- Gədəbəy mədəniyyəti konteksində: E.ə. 1300-700-cü yüzilliklər” mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarətdir.

Dissertasiya işinin elmi rəhbəri Lyon 2 Universitetinin professoru xanım Mişel Kazanova olub.

Nuridə Atəşi Qədirova ilk dəfə olaraq Xocalı- Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq edib, indiyə qədər bu mədəniyyətə verilən digər adlardan: “Gəncə-Qarabağ mədəniyyəti”, “Mərkəzi Cənubi Qafqaz mədəniyyəti”, “Samtavro mədəniyyəti”, “Lçaşen- Mestamor mədəniyyəti”, “Lçaşen- Tsitelgori mədəniyyəti” kimi adlardan imtina edilməsini bu mədəniyyət üçün xas olan “Xocalı-Gədəbəy mədəniyyəti” adının bundan sonra elmi ədəbiyyatda işlədilməsinin daha doğru olduğunu irəli sürüb. O ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis, fransız, rus və Azərbaycan) tədqiqatlar aparıb, çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları aşkar edib, Xocalı Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını obyektiv və tənqidi analizini verib.

Tədqiqatçı eyni zamanda muzey materiallarının tipaloji analizini verib, kataloqunu hazırlayıb və beynəlxalq elmin diqqətini Azərbaycan arxeologiyasına, onun inkişafına yönəltməyə müvəffəq olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər