20 Noyabr 2018 23:56
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonunda ətrafa tüstü və qoxu yayan sexi cərimələyib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb.

Analizlərin nəticələrinə görə, atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin "Fərid-RL" MMC-yə məxsus olduğu müəyyən edilib.
Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə müddətli “məcburi göstəriş” verilib.


Müəllif: Aytən

Oxşar xəbərlər