21 Noyabr 2018 15:14
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyində “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bunun “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olduğunu deyib.

Onun sözlərinə görə, bu proqram ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi bilik iqtisadiyyatının formalaşdırılması, strateji əhəmiyyət kəsb edən sahələrdə milli kadrların yetişdirilməsi baxımdan əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl naliyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

“Kənd təsərrüfatı ixtisasları üzrə ikili diplomun təsis edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyindən müraciət olub. Bununla yanaşı informasiya texnologiyaları üzrə, təhsil sahəsi ilə bağlı ikili diplomların təsisi ilə müraciətlər var. Proqramın ikinci komponenti ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşməsini əhatə edir. Azərbaycan alimlərinin xarici professorlarla tədqiqatlarda iştirak etməsi, proqramlarda iştirakı, elmi diskusiyalar yüksək nəticələrin əldə olmasına öz töhfəsini verəcək. Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Bu prosesin koordinasiya Təhsil Nazirliyinə həvalə olunub və biz də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik”.

Nazir onu da vurğulayıb ki, artıq bu proqramda iştirak üçün ali təhsil müəssisələrindən müraciətlər daxil olub:

“Dövlət Proqramı çərçivəsində gənclərimizin xaricdə doktorantura təhsili ilə bağlı yaxın gələcəkdə böyük uğurlara imza atacağıq. Bu proqramının təsdiqindən qısa müddət keçsə də, ali təhsil müəssisələrindən bu proqramda iştirakla bağlı çoxlu müraciət daxil olub. Biz bu sahədə yüksək motivasiyanı müşahidə edirik. Bu, təhsil müəssisələri üçün geniş imkanlar açır. Bu proqrama qoşulan ali təhsil müəssisələri böyük işlərin və yüksək hazırlığın tələb olunmasını, şəraitin təhsilini nəzərə almalıdır. Ali təhsil müəssisələri bu proqrama qoşulmaq üçün özlərinə qarşı tələbkarlıq nümayiş etdirməlidirlər. Müraciət edən ali təhsil müəssisələri ilə bağlı müvafiq araşdırma aparılacaq və lazımı tələbələrə cavab verən ali məktəblərdə bu proqramın icrası təmin ediləcək”.

Qeyd edək ki, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin hesabına maliyyələşəcək.


Müəllif: Gülxar

Oxşar xəbərlər