22 Noyabr 2018 13:14
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.

İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.

Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.

Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.


Müəllif: Teleqraf.com