22 Noyabr 2018 17:25
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı AXCP sədri Əli Kərimlinin həbsi barədə bəyanat vermədiklərindən dolayı cəbhəçilərin onları ittiham etməsiniı “qeyri-ciddi addım” kimi dəyərləndirib.

Azər Qasımlı Teleqraf.com-a açıqlamasında REAL-ın imkan daxilində hamını müdafiə etdiyini söyləyib.

“Belə yanaşmaları ciddi hesab etmirəm və kimlərinsə şərhinə münasibət bildirmək istəmirəm”, - deyə ReAL funksioneri bildirib.

Qeyd edək ki, cəbhəçilər REAL-ın AXCP sədri həbs edilərkən onu gözlənildiyi kimi müdafiə etmədiyini, heç bir bəyanat yaymadığını, əksinə REAL sədri İlqar Məmmədovun həmin gün Feysbukda yeni kabinetinin fotosunu paylaşdığını iddia edirlər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər