23 Noyabr 2018 20:50
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər avtomobildə külli miqdarda dərman preparatları aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "BMW 528" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön panelinin altından və arxa oturacağının arxa hissəsində yerləşən örtüyün altından - 105 ampula "Vеrаpаmil", 25 flakon "Qonnadotropin xorioniçeskiy", 5 flakon "İntesti-bakteriofaq", 3 flakon "Neuleptil", 5 ədəd sprey "Oktenisept", 90 kapsul "Omeqa 3-6-9", 120 kapsul "Karnozin", 500 həb "Kortef", 5 ədəd "Primadofilus", 10 flakon "Etoksisklerol", 200 həb "Ketosteril" , 56 paket "Diviqel", 200 həb "Teralidjen valenta", 100 həb, "Macmiror", 100 həb "Noopept", 14 həb "Sumatriptan", 20 həb "Amiksin", 60 həb " Pronoran", 100 həb "Naltrekson", 30 həb "Reksetin", 4 flakon "Bakteriofaq", 2 flakon "Karipazim", 25 həb "Zoviraks", 60 həb "Orlit", 3 ədəd "Elokom losyon", 1 ədəd "Mikospor nabor", 30 həb "Komplivit", 1 ədəd "Oflomil", 2 ədəd krem "Libre derm", 1 ədəd sprey "Mezolux", 8 həb "Miqrenol", 3 ədəd "Salofalk" markalı dərman vasitələri və 38 ədəd dərman vasitələri üçün plastik qablar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər