Tanınmış vəkil və aparıcı Zülfiyyə Bayramova səhhəti barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, aparıcı sosial şəbəkədə bildirib ki, xərçəng xəstəliyinə qalib gəlib:
“Allaha min şükür! Sən çox böyüksən ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürüm, qarşınızda baş əyirəm.
Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".
Qeyd edək ki, Zülfiyyə aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkirdi.