Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində, Məhəmmədi qəsəbəsində elektrik enerjisinin verilişində bu gün ərzində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə Teleqraf.com-a “Azərişıq”ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bağlar RETSİ-nin xidməti ərazisinə daxil Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığını (35/10 kV-luq “Məhəmmədi” y/st-ı ilə yeni xətlərinəlaqələndirilməsi)təmin etmək məqsədilə təmir işləri aparılır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.