Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Teleqraf.com-a bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.